EN

Tərtərdə Qarabağ Universitetinə qəbulla bağlı məzunlarla maarifləndirici görüş keçirilib


Bolgə.TV xəbər verir ki, Tərtərdə Qarabağ Universitetinə qəbulla bağlı məzunlarla maarifləndirici görüş keçirilib

Qarabağ Universitetinin rektoru Şahin Bayramov Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov  və Qarabağ Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən idarə müdirinin müavini Anar Məcidovla  birlikdə Tərtər şəhər 5 saylı tam orta məktəbdə olublar.
Məqsəd Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan, buraxılış imtahanlarında 200 baldan çox nəticə göstərən onbirinci sinif şagirdləri ilə Qarabağ Unversitetinə  tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparmaq, onları Qarabağ Unversitetində təhsil almağa cəlb etmək olub.
Məlumat üçün bildirək ki, yeni tədris ilində Qarabağ Universitetində 1200 nəfər tələbənin təhsil alacağı nəzərdə tutulub.
Bununla bağlı rektor məzunlara  çağırış edib: "Peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, maraqlı tələbə həyatı yaşamaq, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında pay sahibi olmaq istəyən bütün gəncləri Qarabağ Universitetində gözləyirik. Qarabağ Universiteti ailəsinin üzvü olmaq şərəfli və qürurvericidir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
1
bolge.tv

2Sources