EN

ŞOK! Azərbaycan klubunda bu işçilərə qapını göstərdilər

Arxada qoyduğumuz mövsümü 7-ci pillədə tamamlayan "Səbail"də rəhbərliyin büdcə azalmasına getməsini xəbər vermişdik.

Söhbət ötən sezonla müqayisədə büdcənin təxminən 45-50% kiçilməsindən gedir.

Bunun nəticəsində heyətdə olan yüksək ödənişli legionerlərlə yollar ayrılıb.

Amma məsələ bununla da bitməyib.

Bayıl təmsilçisində verilən qərarın acısını siravi işçilər də çəkməli olub.

Düzdüк, rəhbər şəxslərin, məşqçilər korpusunun maaşlarına toxunulmayıb.

Əvəzində bir sıra şəxslər işdən azad edilib.

Belə ki, azalan büdcəyə qənaət etmək məqsədilə klub əsas komandanın və akademiyanın bir neçə siravi işçisi ilə vidalaşmaq qərara alınıb.

Göndərilənlər arasında "Səbail"in yarandığı gündən komandada çalışan əməkdaşlar belə olub.

Bu da ciddi narazılıqla qarşılanıb.

Amma qərar verən şəxslər nə mənəvi məsəllərə, nə də işçilərin haqlı narazılığına məhəl qoymayıb.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
sportinfo.az

1Sources