EN

"Biz təcavüzkara boyun əyməyəcək, təslim olmayacağıq, bu, ağlasığmazdır" - Bayden

"ABŞ  Ukraynaya 225 milyon dollar məbləğində yeni hərbi yardım göndərəcək..."
 
Bayden və Zelenski Parisdə görüşərək Ukraynaya dəstək barədə danışıb 
 
ABŞ prezidenti Co Bayden və onun ukraynalı həmkarı Vladimir Zelenski ilə Parisdə görüşərək Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimətinə dəstək barədə danışıqlar aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat verib.
 
Görüş ABŞ-ın Ukraynaya 225 milyon dollar məbləğində hərbi yardım göndərəcəyi ilə bağlı xəbərlər fonunda başlayıb.
 
Amerikanın rəsmi şəxslərinin məlumatına görə, yeni yardım paketinə Xarkov şəhərini Rusiyanın iri hücumundan qorumaq üçün Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna Silahlı Qüvvələrinin istifadə edə biləcəyi döyüş sursatları daxil ediləcək. 
 
Rəsmi şəxslərin sözlərinə görə, bu yardıma HIMARS artilleriya kompleksləri üçün döyüş sursatları, artilleriya mərmiləri və HHM üçün raketlər, "Stinger" zenit raketləri, "Javelin" və AT-4  tankəleyhinə sistemlər, həmçinin 155 mm-lik haubitsalar, habelə minaatan sistemlər və müxtəlif tip artilleriya mərmiləri daxil ediləcək.
 
Bundan öncə Bayden Normandiyada müttəfiq qoşunların nasist Almaniyası ordusuna zərbələr endirmək üçün desant çıxarılmasının 80 illik yubileyi tədbirlərində çıxış edib.
 
O, deyib ki, bu gün müharibə vəziyyətində olan Ukraynaya "hökmranlığa can atan tiran" hərbi müdaxilə edib və bizim günlərdə demokratiya ikinci dünya savaşından sonra nə zamansa olduğundan daha çox təhlükə altındadır.
 
"Yanılmayın, biz boyun əyməyəcəyik, biz təcavüzkara təslim olmayacağıq, bu, sadəcə, ağlasığmazdır. Əgər bunu etsək, azadlığımıza son qoyular, Avropa təhlükə altına düşər", - o, deyib.
 
Bundan öncə Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, İsveçrədə Qlobal sülh sammitinə Ukraynaya dəstək verən və dəstək verməyən ölkələrin hamısı dəvət edilib. Onun sözlərinə görə, Ukrayna müharibənin başa çatdırılması ilə bağlı hər kəsin fikrini dinləməyə hazırdır.
 
"Biz onlarla danışmağa hazırıq. Yalnız Rusiya nümayəndələri dəvət edilməyib. Təkcə ona görə yox ki, onlar təcavüzkardır, hərçənd, bu, bir nömrəli səbəbdir. Həm də ona görə ki, bizim "Normand formatı" adlı
sammitimiz olub, biz bu sammitdə razılığa gəlmişik.
 
Bundan sonra onlar sözünü tutmayıb və bizi qətlə yetirməkdə davam edib. Bu, illərlə davam edib və yeri gəlmişkən, o cümlədən atəşkəs rejimi də daxil olmaqla istənilən prosesi əngəlləyib", - Zelenski izah edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
25
moderator.az

10Sources