EN

Messi Amerika Kubokunun favoritini açıqladı

"İnter Mayami"nin hücumçusu Lionel Messi iyunun 20-də start götürəcək Amerika Kubokunun favoritinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Infobae.com" onun sözlərini belə çatdırıb:

"Argentinanın həmişə favorit olduğunu düşünürəm. İstər Amerika Kuboku olsun, istərsə də dünya çempionatı Argentina da Braziliya kimi həmişə qalib olmağa əsas namizəd sayılır. Fikrimcə, hazırda Uruqvay, Kolumbiya və Ekvador da güclüdür. Bizi çətin və gərgin mübarizə gözləyir".

Qeyd edək ki, Amerika Kuboku 20 iyun - 14 iyul aralığında keçiriləcək. Turnirə ABŞ-nin 14 şəhəri ev sahibliyi edəcək.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
fanat.az

1Sources