EN

Albaniya - Azərbaycan: Heyətlər açıqlandı

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində Albaniya yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Arena.az xəbər verir ki, yığmamızın 2024-cü ildəki ilk sınağı neytral meydanda – Macarıstanda gerçəkləşəcək.

Ötən ilin sonundan baş məşqçisiz olan komandamızı albanlarla görüşə yenə Arif Əsədov çıxaracaq. Yığmamız ilə uğurlu start verməyə çalışacaq.

Xatırladaq ki, millimiz iyunun 11-də Qazaxıstan yığmasıyla da yoxlama oyunu keçirəcək. Bu oyun da eyni məkanda baş tutacaq və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Yoxlama oyunu
7 iyun

Albaniya – Azərbaycan
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: İstvan Albert, Gerqo Viqh-Tarsonyi
Dördüncü hakim: İstvan Vad (hamısı Macarıstan)
Sombatxey, “Haladas SportKomplexum”, 21:00.

Albaniya: 23. Tomas Strakoşa, 3. Mario Mitay, 4. Elseid Hisay, 5. Arlind Ayeti, 6. Berat Cimsiti (k), 10. Nedim Bayrami, 20. İlber Ramadani, 21. Kristian Asllani, 9. Yasir Asani, 15. Taulant Seferi, 11. Armando Broya.
Ehtiyat oyunçular: 1. Etrat Berişa, 12. Elxan Kastrati, 2. İvan Balliu, 7. Rey Manay, 8. Klaus Qyasula, 13. Enea Mihay, 14. Kazim Laçi, 16. Medon Berişa, 17. Ernest Muçi, 18. Adrian İsmayli, 19. Mirlind Daku, 22. Amir Abraşi, 24. Maraş Kumbulla, 25. Naser Aliyi, 26. Arber Hoca.
Baş məşqçi: Silvinyo.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Mehdi Cənnətov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 6. Emil Mustafayev, 9. Vüsal İsgəndərli, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 19. Emil Səfərov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
110
3
arena.az

4Sources