EN

Mirzoyanın bu sözləri Azərbaycanla qardaş Türkiyənin arasına uğursuz nifaq salmaq cəhdidir.....

Image

"İki gün əvvəl Ermənistanın XİN Ararat Mirzoyan özünün 2023- cü ildəki "cahanşümül diplomatik fəaliyyəti barədə "hesabatında deyib ki, biz Türkiyə ilə "sağlam dialoq aparırıq və bir sıra məsələlərdə qarşılıqlı anlaşmamız  var". Azərbaycana gəldikdə isə Mirzoyan "Azərbaycanla qarşılıqlı konstitusiya dəyişikliyi məsələsində anlaşılmazlıq yaşayırıq" deyib."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev daha sonra yazır: "Bicliklə deyilmiş bu fikirlərin arxasında duran həssas diplomatik məqam Ermənistanın guya Azərbaycanla və Türkiyə ilə ayrı- ayrı müstəvilərdə normallaşma prosesi aparmağa nail olduğunu ifadə etməsidir. Guya erməni diplomatiyası bu iki qardaş ölkənin biri ilə sağlam və anlaşıqlı dialoq aparır, digəri ilə,yəni Azərbaycanla isə hələlik anlaşıqlı dialoqa nail ola bilmirlər...
Biz bilirik ki, Azərbaycansız Türkiyənin, Türkiyəsiz isə Azərbaycanın Ermənistanla heç bir separat və fərqli dialoqu yoxdur  və ola bilməz . Bunu hər iki ölkənin liderləri ən yüksək səviyyədə dəfələrlə bəyan ediblər. Mövqelər bu günə qədər də dəyişməz qalmaqdadır. Ermənistanın istəyidir və dəfələrlə açıq deyiblər ki, Azərbaycan- Ermənistan və Ermənistan - Türkiyə normallaşma danışıqları bir- birindən  ayrı aparılmalıdır. Hər dəfə də erməni diplomatiyasının bu səyləri iki qardaş ölkənin vahid mövqeyi ilə iflasa uğradılıb. Elə bu dəfə də prezident İlham Əliyev bu həssas məqamı tutaraq ona gərəkli tərzdə cavab verdi. Prezident Türk parlamentləri qrupunu qəbul edərkən "Ermənistan konstitusiyanı dəyişməsə, sülh sazişi imzalamaq olmaz" dedi.. Həqiqətən də ölkənin ali qanunu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən maddələrdən təmizlənməsə, sülh mümkün ola bilməz. Eyni zamanda Azərbaycan konstitusiya dəyişikliyi məsələsində tərəflərin vəziyyətini eyniləşdirməyin yolverilməz olduğunu da  qətiyyətlə ortaya qoydu. Başqa sözlə , "Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyini tələb edir, buna ciddi əsaslar var, Ermənistan isə bu tələblə heç bir halda çıxış edə bilməz" deyildi .
Qayıdaq Mirzoyanın iki qardaş ölkənin arasına etimadsızlıq toxumları səpmək cəhdinə. Mirzoyan Azərbaycanla və Ermənistanla normallaşma prosesinin guya fərqli nəticələrlə getdiyini söyləməklə məhz bu məqsədi güdüb. Lakin nəticə uğursuz oldu.
Azərbaycanın cavab zərbələri dəqiq oldu. Yəqin ki, Mirzoyanın təxribatçı fikirlərinə qardaş Türkiyənin də reaksiyası olacaq."

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
1
baki-xeber.com

2Sources