EN

Agentlik sədri qudalarına yüksək vəzifə verdi

Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.

Avtosfer.az xəbər verir ki, o, qudası Əsəd Əli oğlu Şirinovu müşavir vəzifəsinə gətirib.

***

11:20

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

Avtosfer.az xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.

Chosen
110
44
avtosfer.az

10Sources