“Real”ın ulduzu Luka Modriç Xorvatiya yığmasının düşərgəsində maraqlı şəkildə qarşılanıb.
Sportinfo.az xəbər verir ki, 6-cı dəfə Çempionlar Liqasının qalibi adına yiyələnən təcrübəli futbolçuya yığmadakı komanda yoldaşı sürpriz hazırlayıb.
Xorvatiya millisinin üzvləri Modriçi Çempionlar Liqası musiqisinin sədaları altında qarşılayıblar.