İndoneziyanın İbu vulkanında bir gündə 3 partlayış baş verib.
BiG.AZ xəbər verir ki, İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid verdiyi açıqlamada İbu vulkanında 3 partlayış nəticəsində 1200 metrə qədər yüksələn tüstü buludu meydana gəldiyini bildirib.
İbu vulkanı sonuncu dəfə iyunun 4-də püskürüb və partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstü buludu əmələ gəlib.
İlin əvvəlindən təxminən 100 dəfə püskürən İbu vulkanının may ayından etibarən aktivlik səviyyəsinin yüksək səviyyədə olduğu qeyd edilib.
BiG.Az