EN

YAP Biləsuvar rayon təşkilatı Xırmandalı kənd 1 saylı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

İyun ayının 6-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Xırmandalı kənd 1 saylı ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirildi.İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Xırmandalı kəndi ərazisində inşa edilmiş şəhidlərin xatirə kompleksi ziyarət olunub.Kompleksin önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.

Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncağın gündəliyində duran iki məsələ müzakirəyə təqdim edilib. I məsələ ərazi partiya təşkilatı sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar Xırmandalı kənd 1 saylı ərazi partiya təşkilatının sədri Aqşin Ələkdərov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.

Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Əkbərov Aqşin Əfrail oğlu YAP Biləsuvar rayon təşkilatının Xırmandalı kənd 1 saylı ərazi partiya təşkilatının sədri, Kazımov Cahangir Məmmədəli oğlu isə sədr müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən danışdı. Ölkəmizdə və yaşadığımız regionda baş verən hadisə və proseslərdən söz açan Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyat keçirdiyi daxili və xarici siyasətinin uğurlarından bəhs etdi.Kamil Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı. Təşkilat üzvlərini partiyanın rayon təşkilatının fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Sonda YAP üzvlüyünə yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edildi. YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olundu.

Chosen
43
7
sesqazeti.az

10Sources