EN

Krımda Rusiyanın daha bir gəmisi məhv edilib

 
"Bu, Qara dənizdə daimi yarışdır və bu yarışda Ukrayna və onun hərbi kəşfiyyatı hələlik əminliklə qalib gəlir..."
 
"Bu, Ukrayna Baş Kəşfiyyat İdarəsin xüsusi bölməsinin əl işidir..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bu gecə Qara dəniz akvatoriyasında düşmən gəmisinin məhv edilməsi barədə bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
 
"Detallar bir qədər sonra açıqlanacaq. Bu, Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi bölməsinin əl işidir. Dəniz zərbəsidir. Hər şey dəqiq icra edilib. Daha bir düşmən gəmisi məhv edilib", - o, məlumat verib.
 
Yusov əlavə edib ki, indi "Ukraynanın Qara dənizi altında, Krım sahillərində daha bir dəniz daşınmaz əmlakı var".
 
O, həmçinin qeyd edib ki, bugünkü əməliyyat əvvəlcə düşmənin inşa etdiyi dəniz fortifikasiya qurğularının keçilməsi sayəsində mümkün olub, bundan sonra düşmənin növbəti gəmisi məhv edilib.
 
"Hər dəfə də belə olur. Bu yaxınlarda batırılan "Sezar Kunikov" da, "Sergey Kotov" da, həmin o, "Tuntsı" da belə olub. Onların hamısı dəniz fortifikasiua qurğuları, mühəndis istehkamları, atıcı silahlarla qorunub. Lakin buna rəğmən, Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələri, "Maqur" operatorları həmçinin öyrənir, öz işini təkmilləşdirir, vasitələrin özünü mödifikasiya edir", - o, deyib.
 
O, həmçinin əlavə edib ki, bu, daimi yarışdır və Qara dənizdəki bu yarışda Ukrayna və hərbi kəşfiyyat "hələlik əminliklə qalib gəlir".
 
Rusiya ilə müharibə - Ukraynanın son hücumları
 
"RBK-Ukraina" nəşri Ukrayna Müdafiə Qüvvələrindəki mənbəyə istinadən məlumat verib ki, iyunun 6-na keçən gecə Ukrayna kəşfiyyatçıları Rusiyanın Belqorod vilayətində neft bazasına hücum edib. Qarşıya qoyulan vəzifə icra edilib,  tədbirlər davam etdiriləcək.
 
Həmçinin Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Starooskol şəhər dairəsinin neft bazasına kamikadze-dronların hücumu barədə məlumat verib.
 
O, qeyd edib ki, zərbə nəticəsində çənlərdən biri yanıb, guya, yanğın söndürülüb və heç kim zərər çəkməyib
Chosen
124
50
moderator.az

10Sources