ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və bəzi digər dövlətlər birgə bəyanat yayaraq, radikal Həmas qruplaşmasını Co Baydenin Qəzzada daimi atəşkəs təklifini qəbul etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Bu kritik anda biz İsrail liderlərini, eləcə də HƏMAS-ı bu razılaşmanın tamamlanması üçün zəruri olan son güzəştlərə getməyə çağırırıq”, - bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, müvafiq çağırış Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kolumbiya, Danimarka, Fransa, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya və Tayland liderləri tərəfindən də dəstəklənib.