EN

İyunun 5-də 79 cinayətin açılması təmin olunub - DİN

Iyunun 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-yaverilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.

Chosen
130
23
sia.az

7Sources