EN

DİN: Ötən gün 1,3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

DİN:

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 5-də polis əməkdaşları narkotik vasitənin aşkarlanması üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilən 574 çətənə kolu aşkar edilərək götürülüb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Chosen
82
13
azertag.az

10Sources