EN

Peter Siyarto: “Şahdəniz”dəki pay Macarıstana bu yataqdan qazın bir hissəsinin sahibi olmağa imkan verəcək"

Macarıstanın ən böyük enerji şirkəti olan MOL Azərbaycanın “Şahdəniz” təbii qaz yatağının işlənməsi layihəsində pay alacaq.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, Macarıstan üçün çox mühüm sazişdir. Biz özümüz qazın bir hissəsinin sahibi olacağıq və bu, bizim enerji təhlükəsizliyimizi təmin edəcək. Biz bu fürsətə görə Azərbaycan hökumətinə təşəkkür edirik”, - o vurğulayıb.

Nazir qeyd edib ki, hazırda ölkələr arasında enerji sahəsində əməkdaşlıq yeni, daha yüksək səviyyəyə çatır.

Onun sözlərinə görə, MOL həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Avropaya mayeləşdirilmiş təbii qazın tədarükünə dair Çərçivə Sazişi imzalayıb.

Chosen
94
2
aznews.az

10Sources