EN

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində iyunun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecÉ™ 20-24 dÉ™rÉ™cÉ™ isti, gündüz 31-36 dÉ™rÉ™cÉ™ isti, bÉ™zi yerlÉ™rdÉ™ 38° isti olacaq. Atmosfer tÉ™zyiqi norma daxilindÉ™ 760 mm civÉ™ sütunu olacaq. Nisbi rütubÉ™t gecÉ™ 65-75%, gündüz 45-55% olacaq.
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
49
moderator.az

10Sources