EN

Masallıda yanğın:Tüstüdən zəhərlənən var

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 240 kvadratmetr (hər mərtəbəsi 120 kv.m) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
18
avtosfer.az

10Sources