EN

Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır - Fərid Qayıbov

Şuşa şəhəri rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" proqramının açılış mərasimində deyib.

"Şuşa şəhəri təkcə Azərbaycanın ən qədim şəhərlərindən biri deyil, həm də rəsmi olaraq ölkənin mədəniyyət paytaxtıdır", - deyə nazir bildirib.

O qeyd edib ki, cari il ərzində proqram çərçivəsində elm, təhsil, mədəniyyət, sahibkarlıq və s. sahələrdə İslam ölkələrindən gənclərin də iştirak edəcəyi tədbirlər həyata keçiriləcək.

"Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi qayğı göstərilir. Azərbaycan gəncləri müxtəlif dünya təşkilatlarında, eləcə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən bir sıra tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər", - deyə F.Qayıbov bildirib.

Bundan əlavə, nazir Şuşa şəhərində gənclərin həmrəyliyi, milli-mənəvi dəyərlərinə qorunun saxlanılması istiqamətində bir sıra maraqlı tədbirlərin keçiriləcəyini əlavə edib.

Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" beynəlxalq proqramına start verilib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatın üzvü olan ölkələrin şəhərlərindən "Gənclər Paytaxtı" seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının "2024-ci ilin Gənclər Paytaxtı" 10-cu Beynəlxalq Proqramının ev sahibi seçilib.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT-in "Gənclər Paytaxtı" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil olunan tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumunun, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif strukturların, təşkilatların yüksək vəzifəli şəxsləri və 36 ölkədən 150-dən çox gəncin nümayəndəsi iştirak ediblər.

"Liderlik və Diplomatiya üzrə Beynəlxalq Konfrans", "NexGen: Sosial İnnovasiyalar Forumu", "İslam Gənclərinin Sülh və Harmoniya Naminə Danışıqları" tədbirləri İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli liderləri və gənclərinin iştirakı ilə təşkil olunacaq. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq həyata keçiriləcək, təhsil, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və ixtisasartırma və digər istiqamətlərdə layihələr təşkil olunacaq.

Tədbirlər 2024-cü il iyunun 3-dən iyunun 6-dək baş verir.

Xatırladaq ki, İƏT-in "Gənclər Paytaxtı" beynəlxalq proqramı 2015-ci ilin mayında İƏT Xarici İşlər Nazirlərinin Küveytdə keçirilən konfransında qəbul edilib. İƏT üzvü olan 56 ölkənin xarici işlər nazirləri onun keçirilməsinə səs verdi və Türkiyə Respublikasının İstanbul şəhəri İƏT-in ilk "Gənclər Paytaxtı" oldu. Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir. 2023-cü ilin oktyabrında İƏT Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın mirvarisi olan Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün "Gənclər Paytaxtı" elan edilib.

Chosen
123
23
day.az

10Sources