EN

Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır - Fərid Qayıbov

Şuşa. Trend:

Şuşa şəhəri rəsmi olaraq Azərbaycanın mədəniyyətpaytaxtıdır.

Trend xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qaibov“Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı – 2024”proqramının açılış mərasimində deyib.

"Şuşa şəhəri təkcə Azərbaycanın ən qədim şəhərlərindən birideyil, həm də rəsmi olaraq ölkənin mədəniyyət paytaxtıdır", - deyənazir bildirib.

O qeyd edib ki, cari il ərzində proqram çərçivəsində elm,təhsil, mədəniyyət, sahibkarlıq və s. sahələrdə İslam ölkələrindəngənclərin də iştirak edəcəyi tədbirlər həyata keçiriləcək.

"Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi qayğıgöstərilir. Azərbaycan gəncləri müxtəlif dünya təşkilatlarında,eləcə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən birsıra tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər", - deyə F.Qayıbovbildirib.

Bundan əlavə, nazir Şuşa şəhərində gənclərin həmrəyliyi,milli-mənəvi dəyərlərinə qorunun saxlanılması istiqamətində birsıra maraqlı tədbirlərin keçiriləcəyini əlavə edib.

Xatırladaq ki, bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumuvə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgəəməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam ƏməkdaşlıqTəşkilatının Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramına startverilib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu hər il Təşkilatınüzvü olan ölkələrin şəhərlərindən “Gənclər Paytaxtı” seçir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İcraiyyə Şurasının11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəriyekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “2024-ci il - GənclərPaytaxtı” 10-cu Beynəlxalq Proqramının ev sahibi seçilib.

Şuşa şəhərinin 2024-cü il üçün İƏT-in “Gənclər Paytaxtı” elanedilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 aprel2024-cü il tarixli Sərəncamına uyğun olaraq təşkil olunan tədbirdədövlət rəsmiləri, İƏT Gənclər Forumunun, İslam ƏməkdaşlıqTəşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlifstrukturların, təşkilatların yüksək vəzifəli şəxsləri və 36 ölkədən150-dən çox gəncin nümayəndəsi iştirak ediblər.

“Liderlik və Diplomatiya üzrə Beynəlxalq Konfrans”, “NexGen:Sosial İnnovasiyalar Forumu”, “İslam Gənclərinin Sülh və HarmoniyaNaminə Danışıqları” tədbirləri İslam Əməkdaşlıq Təşkilatına üzvolan ölkələrin bir çox yüksək səviyyəli liderləri və gənclərininiştirakı ilə təşkil olunacaq. Proqram çərçivəsində qlobal, milliqurum və təşkilatlarla əməkdaşlıq həyata keçiriləcək, təhsil,sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi vəixtisasartırma və digər istiqamətlərdə layihələr təşkilolunacaq.

Tədbirlər 2024-cü il iyunun 3-dən iyunun 6-dək baş verir.

Xatırladaq ki, İƏT-in “Gənclər Paytaxtı” beynəlxalq proqramı2015-ci ilin mayında İƏT Xarici İşlər Nazirlərinin Küveytdəkeçirilən konfransında qəbul edilib. İƏT üzvü olan 56 ölkəninxarici işlər nazirləri onun keçirilməsinə səs verdi və TürkiyəRespublikasının İstanbul şəhəri İƏT-in ilk “Gənclər Paytaxtı” oldu.Şuşa İslam dünyasında bu missiyanı yerinə yetirən 10-cu şəhərdir.2023-cü ilin oktyabrında İƏT Gənclər Forumu İcraiyyə Şurasının11-ci iclasında Qarabağın mirvarisi olan Şuşa şəhəri İslamƏməkdaşlıq Təşkilatının 2024-cü il üçün “Gənclər Paytaxtı” elanedilib.

Chosen
128
23
az.trend.az

10Sources