EN

"Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının ilk günü başa çatıb

"Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının açılış mərasimi və ilk günü başa çatıb.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri "Gənclər Paytaxtı" seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında "2024-cü ilin Gənclər Paytaxtı seçilən Azərbaycanın Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir.

"Şuşa şəhərinin 2024-cü il üçün lƏT "Gənclər Paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikasi Prezidentinin 17 aprel 2024-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edir.

Tədbirin növbəti günündə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində qlobal və milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

"Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı ilə bağlı tədbirlər iyunun 6-a qədər davam edəcək.

Chosen
107
23
report.az

10Sources