EN

DSMF: May ayında 2,8 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

DSMF:

Bakı, 4 iyun, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin may ayında 2 min 765 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 1045-i ünvanlı dövlət sosial yardımı, 627-si pensiya təyinatı, 696-sı sosial müavinət və təqaüd, 50-si sosial sığorta və fərdi uçot, 347-si isə digər istiqamətlər üzrə olub.

 

Chosen
105
3
azertag.az

6Sources