EN

Qırğız parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası JoqorkuKeneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndəheyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın ÜmummilliLideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu HeydərƏliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklilqoyub.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti,həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı vəsuverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətənövladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tərçiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtınınmənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi vəpaytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumatverilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatıAzərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Musa Quliyev və digər rəsmi şəxslər müşayiətediblər.

Qırğız
Qırğız
Qırğız
Qırğız
Chosen
115
8
az.trend.az

10Sources