EN

ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edəcək

"Amerika Birləşmiş Ştatları "Xarici təsirin şəffaflığı haqqında" qanunla əlaqədar Gürcüstana dərhal viza sanksiyaları tətbiq etmək niyyətindədir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Biz açıq şəkildə bildirdik ki, sanksiyaları tətbiq etməkdən çəkinməyəcəyik", - deyən Miller Vaşinqtonun gələcək məhdudiyyətləri hələ elan etmədiyini söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Chosen
227
7
milli.az

10Sources