Belqorod şəhəri və Belqorod vilayətində raket təhlükəsi elan edilib. BUTA.TV xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb. O, vətəndaşları zirzəmilərə düşməyə və təhlükə keçənə qədər orada qalmağa çağırıb.