EN

Vardanyan təhlükəli insandır - Avraham

Vardanyan yer üzündə sərbəst gəzərkən törətdiyi əməllərə görə uzunmüddətli həbs cəzasına layiqdir.
BUTA.TV xəbər verir ki, bunu Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb. “Vardanyan dəmir barmaqlıqlar arxasında olmalıdır” sərlövhəli məqalədə yazılıb ki, Azərbaycan hakimiyyətinin həbs edərək barəsində istintaq apardığı erməni separatçısı Ruben Vardanyan paralel olaraq Ukrayna hökuməti tərəfindən də ittihamlarla üzləşir. Siyasi və cinayətkar fəaliyyətindən bixəbər bəzi insanların Vardanyanın həbs səbəbini anlamadığını vurğulayan müəllif adıçəkilən şəxsin azadlıqda etdiyi bütün əməllərə görə uzunmüddətli həbs cəzasına layiq olduğuna diqqət çəkib. Məqalədə, həmçinin diqqətə çatdırılıb ki, cinayətkar fəaliyyətinə çirkli pulların yuyulması da daxil olan Vardanyanın biznes şirkətləri Qərbin iqtisadi sanksiyalarına məruz qalıb. Bildirilib ki, Vardanyan Azərbaycan ərazisi olan Qarabağdan Ermənistan ərazisinə qaçmağa cəhd edərkən Azərbaycan-Ermənistan sərhədində Azərbaycan hərbçiləri tərəfindən həbs olunub. Azərbaycan tərəfi Vardanyanı Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməkdə, sərhədi qanunsuz keçməkdə, terrorçuluğu maliyyələşdirməkdə və şəxsən Azərbaycana qarşı yönəlmiş erməni terrorizmi ilə əlaqəli olmaqda ittiham edir. Eyni zamanda, qeyd olunub ki, Vardanyan erməni separatçı quldur dəstələrini Azərbaycan Ordusuna qarşı istifadə üçün pul və sursatla təmin etmək məqsədilə beynəlxalq hüquqi baxımdan Azərbaycan ərazisi hesab olunan Qarabağa qanunsuz keçib. Erməni separatçılarının Vardanyandan aldıqları silahların miqdarı o qədər çoxdur ki, bu günədək həmin silahlar aşkar olunmaqdadır. Müəllif dəfələrlə Azərbaycan hökumətini hədələyən Vardanyanın sözügedən ittihamları heç vaxt təkzib etmədiyini, habelə Azərbaycanın bir çox siyasi və dövlət xadiminin qətli ilə nəticələnən “Nemezis” terror əməliyyatını həyata keçirən erməni terrorçularını açıq-aşkar tərənnüm etdiyini vurğulayıb. İsrailli politoloq yazısının sonunda belə bir bəyanatla çıxış edib: “Vardanyan təhlükəli insandır, millətçi baxışlarına görə ekstremistdir, terroru maliyyələşdirir, kölgəli adamlar dairəsinə daxildir, onu Qərbin düşmənlərindən biri və üstəlik, maliyyə cinayətkarı adlandırmaq olar. Bütün dünyada insanlar bu adamın layiq olduğu yerdə - dəmir barmaqlıqlar arxasında qalmasına sevinməlidirlər”.

Məqaləni ətraflı şəkildə linkə keçid edərək oxumaq mümkündür.

Chosen
106
3
buta.tv

10Sources