EN

Şəkidə evdə partlayış: Xəsarət alanlar var

Şəki rayonunda yaşayış evində partlayış baş verib.

"Report"un məlumatına görə, hadisə Baş Göynük kəndində qeydə alınıb.

Belə ki, partlayış zamanı iki nəfər - 1946-cı il təvəllüdlü Məhəmməd Mehralı oğlu Seyidov və 1952-ci il təvəllüdlü Güllü Həmid qızı Seyidova yanıq xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Chosen
198
11
big.az

10Sources