EN

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, terrorçulardan 14-ü İraqın Hakurk və Metina, ikisi isə Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatı bölgəsində zərərsizləşdirib. 

Açıqlamada terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatların əzm və qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

Chosen
111
23
yeniazerbaycan.com

10Sources