EN

Braziliyada daşqınlar 171 nəfərin həyatına son qoydu

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında daşqın qurbanlarının sayı 171 nəfərə çatıb.

Bakıvaxtı.az  “Xinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mayın əvvəlindən davam edən leysan və daşqınlar nəticəsində 43 nəfər hələ də itkin düşüb. Daşqınlar başlayandan bəri 618 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ümumilikdə, təbii fəlakətdən 2,4 milyon insan zərər çəkib.

Chosen
158
28
bakivaxti.az

10Sources