EN

Günəşdə yeni güclü partlayış baş verib

İyunun 1-də Günəşdə ən yüksək dərəcəli partlayış baş verib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyunun 1-də Moskva vaxtı ilə saat 01:03-də (Bakı vaxtı ilə 02:03 - red.) 17 dəqiqə davam edən "X1.1" partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Qeyd edək ki, mayın 29-da da "X1.4/2B" partlayışı qeydə alınıb və o, 87 dəqiqə davam edib. Bundan sonra elm adamları 31 may - 1 iyun tarixlərində Yer kürəsində maqnit qasırğasının başlaya biləcəyini, lakin onun ifrat xarakter daşımayacağını proqnozlaşdırmışdılar.(oxu.az)


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
171
35
big.az

10Sources