EN

Dəhşətli qəzada ölən Fərid və Zaurun FOTOSU

Ötən gün dəhşətli qəzada həlak olan 2001-ci il təvəllüdlü Fərid Həşimov və 1986-cı il təvəllüdlü Zaur Eynullayevin fotoları yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:
Zaur Eynulla oğlu Eynullayev
Fərid İftixar oğlu Həşimov
Qeyd edək ki, Abşeronda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
2001-ci il təvəllüdlü Fərid İftixar oğlu Həşimov idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb.
Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Zaur Eynulla oğlu Eynullayevin idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Emin Cahangir oğlu Xudiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

Chosen
213
17
oxu.az

10Sources