EN

İsmayıllıda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB-1

İyunun 1-də saat 18 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “QAZ-53” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər iki sərnişin - 19 yaşlı Nurlan Dəmirov və 35 yaşlı Müşviq Abbasov xəsarət alıb.

Araşdırma aparılır.

***

Saat 19:41

İsmayıllıda baş vermiş qəza ilə bağlı bəzi detallar məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, əldə olunan məlumatlara əsasən "QAZ-53" markalı yük avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

19:08

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Kürdmaşı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində bir neçə nəfərin ağır yaralandığı və bir nəfərin dünyasını dəyişdiyi bildirilir.

Chosen
209
38
apa.az

10Sources