EN

Şuşada Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib - FOTO

İyunun 1-də Şuşa şəhərində Türk Akademiyasının Elmi Şurasının VII İclası keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış nitqi ilə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasın Şuşada keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Şahin Mustafayev bildirib ki, sözügedən iclas elmi əməkdaşlığın möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparmağa və müvafiq qərarlar qəbul etməyə imkan verir.

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən məmnunluğunu bildirib. Türk Akademiyasının məqsədlərindən danışan Emin Əmrullayev akademiya ilə əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində həyata keçirilən işlərdən bəhs edib.

Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub.

İclas çərçivəsində Türk Akademiyasının fəaliyyətinə dair hesabat təqdim olunub.

Chosen
202
22
tehsil.biz

10Sources