EN

Zaqatalada fərdi yaşayış evini ildırım vurdu (FOTO)

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 182 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 85 m² sahədə və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən HİT.az -a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Chosen
174
5
qaynarinfo.az

10Sources