EN

Əhaliyə XƏBƏRDARLIQ - Günəşdə ən güclü partlayış olub

Əhaliyə XƏBƏRDARLIQ - Günəşdə ən güclü partlayış olub

Bu gün Günəşdə yeni, ən güclü X sinifli partlayış baş verib.

BAKU.WS "Tass"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (IPG) məlumat yayıb.

Məlumata görə, Günəşdəki partlayış təqribən 17 dəqiqə davam edib.

Bu sinfə aid əvvəlki alışma X1.4/2B mayın 29-da baş verib və 87 dəqiqə davam edib. Günəş alovları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Mayın 5-də elm adamları Günəşdə ən yüksək dərəcəli X-in növbəti alışmasını qeydə alıblar. Bu, Yer üzündə monitorinq şkalası üzrə "güclü" G3 səviyyəli maqnit qasırğasına səbəb olub.

Chosen
85
1
sonxeber.az

10Sources