Şimali Koreyanın başçısı Kim Çen In 600 mm çaplı raket silahlarının batareyalarının atışlarına şəxsən nəzarət edib, bu zaman KXDR ordusu 365 km məsafədəki hədəfi vurub.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
KMTA-nın məlumatına görə, atışma Cənubi Koreyanın hərəkətlərinə cavab olaraq həyata keçirilib.