EN

ABŞ-dan qondarma PKK/YPG-nin seçilməsi ilə bağlı açıqlama

ABŞ Dövlət Departamenti PKK/YPG-nin işğal etdiyi torpaqlarda 11 iyunda keçiriləcək qondarma yerli seçkilərlə bağlı açıqlama verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bu seçkidə ədalətli, azad və şəffaf seçki mühitinin olmadığını vurğulayıb.
 
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel, Suriyada keçiriləcək istənilən seçkinin ancaq müəyyən şərtlər yerinə yetirildikdən sonra sağlam şəkildə keçirilə biləcəyinə işarə edərək, ölkədə azad, ədalətli və şəffaf seçki şəraitinin yaradılmasının vacibliyini dilə gətirib.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İzmirdəki Doğanbey Atış Təlim Bölgəsində keçirilən Efes-2024 təlimində mövzu ilə bağlı açıqlama verib və bunları deyib:

\"Separatçı terror təşkilatının Suriya uzantısı \"terror\" yaratmaq məqsədi ilə bölgə xalqına qarşı təzyiq, təhdid və səylərini gücləndirib. Onlar təşkilata tabe olmayan insanları deportasiya etməkdən tutmuş, hər vasitəyə əl atırlar. Görünür, bölgəmizi hədəf alan məkrli plan addım-addım həyata keçirilir. Türkiyə və İraqın şimalında baş verə biləcək \"terror\"a qarşı nə lazımdırsa etmişik və eyni vəziyyətlə qarşılaşsaq, yenə hərəkətə keçməkdən çəkinməyəcəyik\".

Oksana


Chosen
157
36
azxeber.com

10Sources