EN

Çin Tayvanı müharibə ilə hədələyir

Tayvanın Çindən ayrılması müharibəyə bərabər olardı.

SİA TASS-a istinaən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.

Qeyd edək ki,Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Lakin ÇXR bunu özünün tərkib hissəsi hesab edir. Eyni zamanda, ABŞ “vahid Çin” siyasətinə sadiqliyini bəyan edərək, Taybey ilə əlaqələri davam etdirir və adaya silah tədarükünü davam etdirir.

Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan administrasiyasının rəhbəri Lai Qinqde-nin vəzifəyə başlamasını şərh edərkən, Tayvan boğazında mümkün silahlı qarşıdurma barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Lai Qinqde Tayvanın yeni prezidenti kimi and içdikdən sonra Çin adanın ətrafında “Birgə Qılınc 2024A” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

Pekin quru və raket qüvvələrinin daxil olduğu təlimlərin “separatçı qüvvələrə xəbərdarlıq” kimi təqdim edib.

Nazlı

Chosen
78
36
sia.az

10Sources