EN

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 827-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 606 təyyarəsi, 274 helikopteri, 24 794 PUA-sı, 524 zenit-raket kompleksi, 16 201 tank və digər zirehli texnikası, 1 324 reaktiv yaylım atəş sistemi, 9 957 artilleriya və minaatanı, 22 112 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Chosen
161
49
adalet.az

10Sources