EN

Ukraynaya 2022-ci ildən bəri nə qədər yardım edilib?

Ukrayna 2022-ci ildən bəri olunan xarici yardımın həcmini hesablayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Ukrayna 2022-ci ildən bəri 85 milyard dollardan çox xarici maliyyə yardımı alıb.

Bildirilib ki, 2024-cü ilin beş ayında Ukrayna 11,8 milyard dollar xarici maliyyə vəsaiti alıb.

Bu dövrdə Kiyevə ən böyük yardımları Avropa İttifaqı, Yaponiya, KanadaBeynəlxalq Valyuta Fondu edib.

Mina Mikayılova

Chosen
163
50
bakivaxti.az

10Sources