EN

Baqrat Srbazan: "Paşinyanla həbsxanada görüşəcəyəm"

"Paşinyanla həbsxanada görüşəcəyəm".
Bu sözləri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) İrəvanda keçirilən etiraz aksiyası zamanı jurnalistlərə müsahibəsində deyib.
Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüş üçün müvafiq prosedurun olması barədə bəyanatına bu şəkildə cavab verib.
"Axı o, artıq hökumət binasını həbsxanaya çevirib, görün burada nə qədər polis cərgəsi var", - deyə Baqrat Srbazan əlavə edib.
Mənbə: Ermənistan KİV
Chosen
111
50
oxu.az

6Sources