EN

Son 22 ildə ilk dəfə

Konfrans Liqasının qalibi olan “Olimpiakos” turnirin tarixinə kuboku öz ölkəsində qazanan ilk komanda kimi düşüb.

İdman.biz xəbər verir ki, 3-cü dəfə təşkil olunan turnirin əvvəlki mövsümlərində belə hadisə yaşanmayıb.

Pirey təmsilçisi ümumilikdə avrokuboklarda son 22 ildə bunu bacaran ilk komanda olub. “Olimpiakos”a qədər kuboku öz ölkəsində qazanan sonuncu klub “Feyenord” idi. Niderland klubu 2002-ci ildə UEFA kubokunu doğma Rotterdamda qazanıb.

“Olimpiakos” həm də Yunanıstan futbolu tarixinə düşüb. Pirey klubu avrokuboklardan birinə sahib olan ilk Ellada təmsilçisidir.

Qeyd edək ki, “Olimpiakos” Konfrans Liqasının Afinadakı finalında “Fiorentina”nı əlavə vaxtda məğlub edib – 1:0.

İdman.biz

Chosen
113
49
idman.biz

10Sources