EN

İsrail Rafahda rabitə və interneti tamamilə kəsib

İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfahda rabitə və interneti kəsib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun artilleriya və hava zərbələrinin artması fonunda Rafahda rabitə və internet kəsilib.

Qətərin “Əl-Cəzirə” telekanalı isə qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində də reydlər keçirir. Eyni zamanda İsrail tankları Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində yerləşdirilib.

Chosen
179
9
operativmm.az

10Sources