EN

Ukrayna parlamentinin vitse-spikeri Azərbaycanı Müstəqillik Günü münasibətil təbrik edib

Azərbaycanlı dostlarımızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm!

Day.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk "X" sosial şəbəkəsində yazıb.

"106 il əvvəl ilk dəfə müstəqil dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti yarandı və Azərbaycan Parlamenti də formalaşdı. Biz Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə dəyişməz mövqeyini yüksək qiymətləndiririk", - deyə viste-spiker bildirib.

O.Kondratyuk Azərbaycanın Ukraynaya göndərilən humanitar yardımlara görə təşəkkür edib:

"Davamlı humanitar yardıma görə təşəkkür edirik. Müharibədən zərər çəkmiş ukraynalı uşaqların istirahəti və reabilitasiyası üçün səmimi və qonaqpərvər qəbula görə minnətdarıq. Biz Azərbaycanın Ukrayna ərazisinin humanitar minatəmizləmə işinə mühüm töhfəsini yüksək qiymətləndiririk.

Azərbaycan bu günü xüsusilə xoşbəxt bir ab-havasında - beynəlxalq səviyyədə tanınmış sərhədlərdə suverenliyinin bərpası ilə qarşılayır. Azərbaycan xalqına uzunmüddətli sülh, əmin-amanlıq, işğaldan azad edilmiş ərazilərin sürətlə yenidən qurulması və reinteqrasiyası arzulayıram!"

Chosen
110
23
day.az

10Sources