EN

Məşhur aktyor qətlə yetirildi - Foto

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, aktyor Los-Ancelesdə güllələnib.

Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib.

Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.


Telegram kanalımız
Chosen
194
12
yenisabah.az

10Sources