EN

Azərbaycanda könüllü həyat sığortasına maraq 31% artıb

Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 269 milyon 821 min manat təşkil edib.

 Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 331 min manat və ya 31% çoxdur.

Ötən ilin yanvar-aprel aylarında bu göstərici 205 milyon 490 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 127  milyon 993 min manat təşkil edib ki, bu da illik müqayisədə 56 milyon 455 min manat və ya 79% çoxdur.

Ötən ilin eyni dövründə 71 milyon 539 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 47,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 12,6% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 34,8% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
9
fed.az

10Sources