Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 121 km dərinlikdə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 112 km cənub-qərbdə, Yelizovski bələdiyyə rayonu ərazisində yerləşib.