EN

Zelenski İspaniyaya yola düşür

Zelenski

Bakı, 27 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də İspaniyaya səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Zelenskini burada ölkənin Baş naziri Pedro Sançes qəbul edəcək”, - məlumatda deyilir.

Məlumata görə, görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.

Bundan əvvəl İspaniya Kiyevə yeni hərbi yardım paketinin hazırlandığını bildirib.

Chosen
136
5
azertag.az

3Sources