EN

Çin Tayvanı qorxudur

Çin Xalq Azadlıq Ordusu (PLA) gələcəkdə Tayvan yaxınlığında manevrləri davam etdirə və hətta ballistik raket atma təlimlərinə başlaya bilər.

“İki sahil” xəbər verir ki, ​bu fikri TASS-a müsahibəsində Tayvanın Milli Müdafiə və Təhlükəsizlik İnstitutunun Çin Siyasəti, Silahlı Qüvvələri və Döyüş Əməliyyatları Konsepsiyalarının Öyrənilməsi Mərkəzinin rəhbəri Ou Sifu deyib.

Onun sözlərinə görə, hərbi hədə-qorxu Çinin boz zonadakı fəaliyyətinin əsasını təşkil edir: “Pekin Tayvanı hər gün qorxudur, demək olar ki, hər gün döyüş təyyarələri və gəmilər göndərir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
104
26
ikisahil.az

10Sources