EN

Lukas Paketaya “mərc ittihamı” - “Vest Hem”in başı dərddə - ARENA.AZ

İngiltərə Futbol Assosiasiyası (The FA) “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketaya qarşı ittiham irəli sürüb.

Arena.az İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir ki, qurum braziliyalı futbolçunu təşkilatın qaydalarına zidd olaraq nalayiq davranışda təqsirləndirir:

“İddia edilir ki, o, bir və ya bir neçə şəxsin qazanc əldə edə bilməsi üçün mərc bazarına qeyri-münasib məqsədlə hakimdən vərəqə almağa cəhd edərək, bu oyunların gedişatına, axarına və ya hər hansı digər baxışına və ya hadisəyə birbaşa təsir göstərməyə cəhd edib”, – qurumun bəyanatında deyilir.

Paketaya qarşı, İngiltərə Premyer Liqası çərçivəsində “Lester Siit” (12 noyabr 2022), “Aston Villa” (12 mart 2023), “Lids” (21 may 2023) və “Bornmut” (12 avqust 2023) komandaları ilə oyunlarda davranışı ilə bağlı 4 cinayət ittihamı qaldırılıb.
Braziliyalı futbolçunun bu ittihamlara 2024-cü il iyunun 3-dək cavab verməli olduğu vurğulanır. Həmçinin vurğulanır ki, bunlar, ciddi ittihamlardır.

Əlavə edək ki, braziliyalı futbolçu “çəçicdöyənlər”in aparıcı oyunçusudur.

“Vest Hem”in başı dərddə

Bu mənzərədə “Vest Hem”in başı ağrıya bilər. Belə ki, İngiltərə Futbol Assosiasiyası “Vest Hem”ə qarşıdakı yay transfer pəncərəsində hər hansı transferi həyata keçirməyə qadağa qoya bilər.

“The Guardian” nəşri məlumat verir ki, bu, “çəkicdöyənlər”in mövsümə hazırlıq planlarına birbaşa zərbə deməkdir. Belə ki, “Vest Hem” mayın 23-də ispan mütəxəssis Xulen Lopeteqi ilə müqavilə imzalayıb və yeni baş məşqçi növbəti mövsümə iddialı kollektiv təsis etməyi qarşısına məqsəd qoyub.
Mənbənin məlumatına görə, “Vest Hem” Lukas Paketanı “Mançester Siti”yə 85 milyon avro məbləğə sataraq, “yağlı qazanc” əldə etmək və bununla da diqqətdə saxladığı oyunçuarı almaq istəyirdi. Amma braziliyalı futbolçunun idman mərcləri ilə bağlı mümkün qanunsuzluqlara yol verməsi səbəbindən onun satışı ehtimalı da azalıb. Həmçinin vurğulanır ki, məsələ araşdırılıb həllini tapana qədər Paketa meydana çıxıb oynaya da bilməyəcək. Beləliklə, “Vest Hem”in növbəti mövsüm üçün qurduğu plan alt-üst olmuş olur.

Üstəlik, “Vest Hem” transfer bazarındakı əsas hədəflərindən də gözünü çəkməlidir. “Çəkicdöyənlər” 45 milyon avro məbləğə “Vulverhempton”un 26 yaşlı ingilis mərkəz müdafiəçisi Maks Kilmanı və “Atalanta”nın 26 yaşlı nigeriyalı vingeri Ademola Lukmanı almaq istəyirlər. Həçinin “Vest Hem”in diqqətində “Şrutqart”ın “vuran ayağı”, 28 yaşlı qvineyalı mərkəz hücumçusu Seru Girassi var.

Hazırda London təmsilçisi əlaqədar orqanların müvafiq qərarlarının intizarındadır. Hadisələrin inkişafı gözlənilir.

Chosen
128
49
arena.az

10Sources