EN

Azərbaycanda bu il orta aylıq əməkhaqqı 990 manat olacaq

Azərbaycanda bu il orta aylıq əməkhaqqının 990,0 manat olması proqnozlaşdırılır.

Bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda bildirilib.

 

Qeyd edilib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980,0 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990,0 manat olması proqnozlaşdırılır.

Chosen
159
42
banker.az

10Sources